Netflix Türkiyədə ofis açacaq | Banco.az

Netflix Türkiyədə ofis açacaq

Tamara Mustafayeva, Banco.az

Aparıcı video-striminq platforması Netflix Türkiyə üzrə yatırımlarını artırmağa davam edir. Qısa müddət əvvəl Türkiyədə 10 yeni orijinal layihəyə imza atacağını elan edən şirkət daha bir mühüm addım ataraq İstanbul şəhərində ofis açmağa qərar verdiklərini açıqlayıb. Şirkətin Türkiyə komandasına ev sahibliyi edəcək bu yeni ofis 2021-ci ilin ikinci yarısında qapılarını açacaq və təbii ki, yeni iş imkanları da yaradacaq.

Netflix şirkətinin təsisçisi və CEO-su Reed Hastings məsələ ilə bağlı belə açıqlama edib:

"Türkiyə zəngin mədəniyyəti və qədim hekayə nəqletmə ənənəsi ilə bizim üçün çox dəyərli ölkədir. Odur ki, İstanbul kimi möhtəşəm bir şəhərdə ofis açmaqdan qürur duyuruq. Türkiyədəki 3 milyondan çox abunəçimizə və bütün səhmdarlarımıza dəstək olduqları üçün təşəkkür edirik."

Qeyd edək ki, Netflix platformasında yayımlanan orijinal Türk layihələrini ən çox izləyən 20 ölkəyə (əlifba ardıcıllığı ilə) ABŞ, Argentina, Avstraliya, Birləşmiş Krallıq, Braziliya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Kolumbiya, Meksika, Polşa, Səudiyyə Ərəbistanı və Çili daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Netflix ənənəvi TV yayım modelini sınaqdan keçirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et