Netflix platformasından növbəti yenilik | Banco.az

Netflix platformasından növbəti yenilik

Tamara Mustafayeva, Banco.az

Populyar video-striminq platforması bir müddətdir ki, istifadəçilərə "Top 10" ("Ən yaxşı 10 video") siyahısı təqdim edir. Bu siyahı yaxın günlərdə "Top 50" formasında yenilənəcək.

Məlum olduğu kimi, Netflix kataloquna müntəzəm olaraq yeni serial, film və şoular əlavə edilir ki, bu da öz növbəsində "Top 10" siyahısında yer verilən videoların sayının artırılmasına təlabat yaradır. Odur ki, hazırda şirkətin Birləşmiş Krallıqda "Top 50" siyahısını müəyyən istifadəçilərin bəyənisinə təqdim edərək sınaqdan keçirdiyi bildirilib.

Platformanın sözügedən funksiyanı digər ölkələrin istifadəçilərinə nə zaman təqdim edəcəyi dəqiq bilinmir, ancaq müddətin uzun olacağı düşünülür.

Həmçinin oxu: Netflix ənənəvi TV yayım modelini sınaqdan keçirir

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et