Tamara Mustafayeva, Banco.az
Demək olar ki, hər kəs Netflix platformasının 2015-ci ildən bəri istifadə edilən "ta-dum" melodiyalı açılış səsi ilə tanışdır, hətta bəzilərimiz gün ərzində dəfələrlə bu səsi eşidirik. Bəs nə üçün məhz bu melodiya seçilib deyə heç düşünmüsünüzmü?
Banco.az xarici mətbuata istinadla bildirir ki, Twenty Thousand Hertz kanalının jurnalistlərindən biri olan Dallas Taylor bu məşhur açılış səsinin əsl hekayəsini araşdırmağa qərar verib və Netflix platformasının məhsullar üzrə vitse-prezidenti Todd Yellindən müsahibə alıb.
Sadəcə bu açılış səsinə özəl hazırladıqları podkast yayımında melodik dizayndan xəbərdar olan və həmçinin keçmiş film prodüseri Todd Yellin Netflix platformasında istifadə edəcəkləri səsin hər hansı oyun melodiyasına bənzəməməsi, lakonik olması və eyni zamanda hekayə nəql etməsini istədikləri üçün bir sıra çətinliklərlə üzləşdiklərini dilə gətirib.
Yellin sözügedən layihə üçün Oskar mükafatına layiq görülmüş Lon Bender ilə əməkdaşlıq etdiklərini və Benderin də hazırkı açılış səsinin ərsəyə gəlməsi prosesində su altındakı qabarcıqların səsi və keçi mələməsi səsi də daxil olmaqla müxtəlif tərzlərdə 20-30 səs effekti təqdim etdiyini bildirib. Bir ilə yaxın davam edən hazırlıq prosesindən sonra bu gün hər kəsə tanış olan məşhur "ta-dum" melodiyası əldə edilib.
Podkast yayımının sonunda Todd Yellin həmçinin qeyd edib ki, açılış melodiyası üçün keçi səsindən istifadə etmədiklərinə görə olduqca minnətdardır.
Həmçinin oxu: Netflix "İzləməyə davam et" funksiyasını daha da təkmilləşdirdi
Bizi sosial şəbəkələrdən izləyin!!