Müəllif: Tamara Mustafayeva, Banco.az
“Netflix” ABŞ-da istifadəçilərin bir-biri ilə hesablarını bölüşməsinə görə ödəniş tələb edəcək.
Banco.az xəbər verir ki, qlobal video-yayım platforması “Netflix” profillərinin parolunu başqaları ilə bölüşən ABŞ-dakı müştəriləri üçün nəzərdə tutulan yeni ödəniş cədvəlini dərc edib.
Belə ki, ABŞ-dakı istifadəçilər bundan sonra ayda 8 dollar ödəməklə öz hesab məlumatlarını başqaları ilə bölüşə biləcəklər. O da qeyd edilib ki, bu seçim yalnız standart və premium plandan istifadə edən müştərilərə təqdim olunacaq.
Şirkət ABŞ və Kanadada yaşayan 30 milyon istifadəçi də daxil olmaqla, dünya üzrə ümumilikdə 100 milyon ailənin əlavə ödəniş etmədən eyni “Netflix” hesabından istifadə etdiyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!