Netflix bu ölkədə ödənişsiz sınaq müddətini ləğv etdi | Banco.az

Netflix bu ölkədə ödənişsiz sınaq müddətini ləğv etdi

Amerikanın "Netflix" striminq video xidməti Türkiyədə istifadəçilərə təqdim etdiyi 1 aylıq ödənişsiz sınaq müddətini ləğv edib.

“Netflix”-in internet saytında “abunə ol” seçiminə klikləndiyi zaman ekranda görünən “30 günlük ödənişsiz sınaq müddəti” pəncərəsi artıq aktiv deyil. Netflix Türkiyə abunə olmaq istəyən istifadəçilərdən 1 aylıq ödənişsiz sınaq müddəti haqqı vermədən birbaşa ödəniş qrafikini seçməyi tələb edir.

Netflix Türkiyənin internet saytında “Kömək Mərkəzi” hissəsində “Ödənişsiz sınaq müddəti haqqında” başlığı altında “Hazırda sizin ölkə üçün bu xidmət təklif edilmir” ifadəsi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən mövzu ilə bağlı edilən açıqlamada isə şirkətin Türkiyədə yeni abunəçilər qazanmaq və onlara qüsursuz xidmət göstərmək üçün fərqli kampaniyalar planlaşdırıldığı bildirilib.

Xatırladaq ki, Netflix Türkiyə və CEE bölgəsi Beynəlxalq İstehsal Direktoru Michael Azzolino Türkiyədə 1.5 milyon istifadəçi sayını keçdiklərini və bu göstəricinin daha da artmasını gözlədiklərini söyləmişdi.

Həmçinin oxu: Netflix necə yarandı?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et