Nəqliyyat sektorunda tariflər necə dəyişib? | Banco.az

Nəqliyyat sektorunda tariflər necə dəyişib?

2015-ci ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır. 

Dövlət Statistika Komitəsinin yayımladığı xəbərə əsasən, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 faiz bahalaşmış, digər xarici ölkələr üzrə 8,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır. 

Ən sərfəli kredit üçün müraciət et

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır. 

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır. 

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et