“Şirkətimizin 2016-cı il üzrə illik fəaliyyəti ilə bağlı hesabatlar hələ hazırlanır. Amma qeyd etmək istəyirəm ki, digər məsələlərlə yanaşı, dünya bazarında neftin qiymətinin ötən ilə nisbətən 2 dəfə artıq olması da SOCAR-ın iqtisadi durumuna müsbət təsir göstərib”.
Bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, paralel olaraq bir sıra dəyişikliklər - həm hökumət, həm də şirkətin özü tərəfindən atılan addımlar şirkətin maliyyə durumunun daha dayanıqlı və sağlam olmasına şərait yaradıb.
©Trend