Neftin ucuzlaşması davam edir | Banco.az

Neftin ucuzlaşması davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Banco.az xəbər verir ki, xam neft ehtiyatlarının azaldığını göstərən məlumatlara baxmayaraq, neft qiymətləri ABŞ iqtisadiyyatının yavaşlaması ilə bağlı narahatlıqlar fonunda enişini davam etdirib.

Xatırladaq ki, neftin qiyməti ötən 4 gün ərzində 3-cü dəfə ucuzlaşıb. 

Brent markalı neftin bir barelinin qiyməti dünən 2 faiz dəyər itkisi ilə bağlandıqdan sonra bu gün 1 faizdən çox ucuzlaşaraq 83 dollardan da aşağı düşüb.

Qeyd edək ki, Fed-in Bej Kitabında ABŞ iqtisadiyyatında son həftələrdə durğunluq müşahidə olunduğu bildirilib. Bu, enerji tələbatına dair proqnozun pisləşməsinə səbəb olub. Dolların son bahalaşması da öz növbəsində əmtəələrə mənfi təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, Bej Kitab Fed-in 12 regional bankının hesabat sənədləri əsasında ildə 8 dəfə dərc olunan iqtisadi icmaldır. Sənəd rəsmi olaraq "Federal Ehtiyat Dairəsinin Mövcud İqtisadi Şəraitlərə dair Şərhinin Xülasəsi" adlanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et