Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri koronavirusun Omikron ştammının yoluxma sürətinin tələbə təsir göstərməsi ehtimalı ilə ucuzlaşmaqda davam edir.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 3,3% dəyər itirəklə hazırda bir bareli 68.51 dollara ticarət edilir.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 3% ucuzlaşmaqla bir bareli 71.30 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!