Neftin qiyməti ucuzlaşmaqda davam edir | Banco.az

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ-da artan enerji xərclərinin inflyasiya həddinə təsir göstərməsi və ABŞ-ın strateji əhəmiyyətli neft ehtiyatlarından daha çox xam neftin bazara çıxarılmasına dair gözləntilər fonunda ucuzlaşmağa davam edir. 

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) hazırda bir bareli 81.05 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,72% ucuzlaşaraq bir bareli 82.27 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et