Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Banco.az xəbər verir ki, Çində 6 aydan sonra ilk dəfə Koviddən ölüm halının müşahidə olunması ölkədə tədbirlərin sərtləşdiriləcəyinə dair narahatlıqlara səbəb olub ki, bu da neft tələbinə mənfi təsir göstərməkdədir.
Brent markalı neftin qiyməti ötən həftə demək olar ki, 9 faiz ucuzlaşdıqdan sonra həftənin ilk ticarət günündə 86,88 dollara satılır.
ABŞ xam nefti də 0,85 faiz ucuzlaşmaqla 79,40 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!