Neftin qiyməti ucuzlaşdı | Banco.az

Neftin qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri pandemiyaya dair narahatlıqlar fonunda ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti dünya miqyasında yoluxma sayının artması və bu səbəbdən tətbiq edilən karantin tədbirləri səbəbindən ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% dəyər itirməklə bir bareli hazırda 63.05 dollara icra edilir.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,3% geriləyərək bir bareli 66.56 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et