Neftin qiyməti ucuzlaşdı | Banco.az

Neftin qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasından sonra ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən növbəti aylarda neft hasilatının artırılmasına dair qərarın qəbul edilməsi və Səudiyyə Ərəbistanının Asiyadakı müştəriləri üçün çatdırılma qiymətlərini qaldırması səbəbindən ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,6% geriləyərək bir bareli 61.09 dollara enib. 

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,7% dəyər itirməklə bir bareli 64.44 dollar səviyyəsinə qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et