Tamara Mustafayeva, Banco.az
Neft bazarlarının gündəmində OPEC iclası var.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarlarının diqqətinin bu həftənin cümə axşamı baş tutacaq OPEC iclasına yönəldiyi bir vaxtda qiymətlər OPEC+ tərəfindən hasilatın artırılmayacağına dair proqnozlar fonunda stabilliyini saxlayır.
ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 9 sent ucuzlaşmaqla hazırda bir bareli 83.96 dollara ticarət edilir.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 2 sent dəyər itirərək bir bareli 84.69 dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!