Ötən günün kəskin bahalaşması, bu gün London və Nyu-York birjasında neft qiymətinin düşüşü ilə əvəz olunub.
Londonun İCE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,42 dollar eniş yaşayıb.
Bununla da "Brent" markalı neftin bir barelinin qiyməti 57,49 dollar təşkil edib.
Nyu-York birjasında isə WTI markalı neftin fyuçerslərinin qiyməti 0,93 dollar enib. Bununla da WTI markalı neftin bi barelinin qiyməti 52,12 dollar olub.
Qeyd edək ki, son günlər ABŞ-da neftçilərin tətili nəticəsində qiymətlərdə kəskin bahalaşma yaşanmışdı.
anspress.com