Neftin qiyməti OPEC+ iclasından sonra kəskin bahalaşdı | Banco.az

Neftin qiyməti OPEC+ iclasından sonra kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasından sonra kəskin bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən neft hasilatının stabil saxlanılmasına dair qərarın qəbul edildiyi dünən baş tutan iclasdan sonra 68 dollara qədər bahalaşıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə saat 08:41-də 1% yüksələrək bir bareli 64.44 dollara çatıb.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında cümə axşamı 4,2% yüksəldikdən sonra yenidən 1% dəyər qazanaraq bir bareli 67.49 dollar səviyyəsinə qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et