Neftin qiyməti necə dəyişib? | Banco.az

Neftin qiyməti necə dəyişib?

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar azalaraq 44,57 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,38 dollar azalaraq 50,03 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Dövlət Neft Şirkətindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,63% və ya 0,82 dollar artaraq 51,08 dollar olub.