Tamara Mustafayeva, Banco.az
Neft bazarlarında "ehtiyatlardan istifadə" narahatlığı hökm sürür.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri investorların ABŞ və Çinin strateji əhəmiyyətli xam neft ehtiyatlarından koordinasiyalı olaraq istifadə edə biləcəklərinə dair narahatlıqları fonunda ucuzlaşmaqda davam edib.
ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,1% dəyər itirməklə hazırda bir bareli 77.50 dollara ticarət edilir.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,6% ucuzlaşaraq bir bareli 79.80 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!