Neftin qiyməti evlərin ucuzlaşmasına səbəb olub | Banco.az

Neftin qiyməti evlərin ucuzlaşmasına səbəb olub

Azərbaycanın mənzil bazarında bu gün ciddi durğunluq müşahidə olunur, eyni zamanda alıcıların sayı azalır. Bunun əsas səbəbi kimi dünya bazarında neftin qiymətinin aşağı düşməsi və ölkəyə daxil olan vəsaitin həcminin azalması göstərilir. Ümumiyyətlə, bu məsələ qlobal xarakter daşıyır. Belə ki, əmlak bazarındakı durğunluq təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə, o cümlədən Rusiyanın, Qazaxıstanın, Gürcüstanın mənzil bazarında qiymətlərin azalması və alıcıların sayının kəskin aşağı düşməsi müşahidə edilir. 
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, hazırda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,31 dollar ucuzlaşaraq 50,31 dollar təşkil edir. Dünya birjalarında da neftin qiyməti yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar ucuzlaşaraq 41,85 dollar olub. Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,66 dollar azalaraq 48,53 dollar təşkil edib.

"Forex" bazarında "Brent" və "Layt" markalı neftin qiyməti 


İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, indi dünyanın əksər ölkələrindədaşınmaz əmlak bazarına pul yönəltmək rentabelli deyil. Hər halda neftin dünya bazarındakı mövcud qiyməti mənzil bazarının rentabelli olmasına imkan vermir. "Brent" markalı neft, o cümlədən "AzəriLayt" markalı neftin qitmətində azalmalar müşahidə olunur. Bu azalmalar birmənalı şəkildə mənzil bazarında tələbatın aşağı düşməsinə səsbəb olur.

Onun sözlərinə görə, mənzil bazarında alıcıların sayındakı azalma, həmçinin tələbdə müşahidə edilən azalma davam edəcək: "Nəzərə alsaq ki, bu ilin 7 ayında Azərbaycanın əmlak bazarında 8 faiz qiymət azalması müşahidə edilib, bu zaman güman olunur ki, növbəti aylarda da qiymətlərin azalma prosesi gedəcək. Yəni mənzil bazarındakı durğunluğun qalacağı proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov- iqtisadçı ekspert

O deyib: "Bütövlükdə, 2015-ci ildə mənzil bazarında təqribən 10 faiz qiymət azalması proqnozlaşdırılır. Əgər bu ilin növbəti aylarında da neftin dünya bazarındakı qiyməti aşağı səviyyədə qalarsa, mənzil bazarında qiymət azalmalarının, eyni zamanda alıcıların sayında azalma tentensiyasının davam edəcəyi gözlənilir. Bu da hələlik mənzil bazarında mövcud şərtlər daxilində canlanmanın olacağı ehtimalı yoxdur və sözsüz ki, qiymət azalmaları buna uyğun davam edəcək."

Ekspert ipotekanın mənzil bazarında aktvlikdə və qiymət müəyyənləşməsində rolunu da vurğulayıb. Belə ki, kreditləşmə həcmi azalsa, daşınmaz əmlak bazarında qiymətlər daha da düşəcək. Avropa Oyunlarından sonra bazarda qiymətlər donub. Amma böhrandan çıxış yolu tez olmayacaq. 

Azərbaycanın daşınmaz əmlak bazarındakı vəziyyət (mln manat)

Ümumiliklə, bu ilin 6 ayında Azərbaycanın daşınmaz əmlak bazarında təqribən 30% azalma olub. "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, illik hesablamada eyni mənzərədir – 29,4% azalma (1 iyun 2014-cü ildə 2144,146 mln manat, 1 iyun 2015-ci ildə 1513,022 mln manat).

Təkrar bazar 33,4% azalaraq 1326,727 mln manat təşkil edib, ilkin bazar 22,9% artaraq 186,295 mln manata çatıb. Vasitəçilərin payı 2014-cü ilin iyunu ilə müqayisədə 39,4% azalıb. İpoteka kreditləşməsi 10,8% – 52,7 mln-dan 47 mln manata azalıb. Fevral devalvasiyasından sonra ipoteka kreditləşməsi dayanıb, sonra yenə canlanıb.

Daşınmaz əmlak bazarı üzrə məşğul olan firmalar bazardakı durğunluqla bağlı proqnoz verməkdə çətinlik çəkdiklərini söyləyirlər: "İndiki həssas məqamda hər hansı proqnoz mənzil bazarında sayı tək-tük olan müştərilərin də uzaqlaşmasına səbəb ola bilər. Ona görə vəziyyətin necə olacağı barədə fikir yürütmək asan deyil və vətəndaşlar daha ehtiyatlı davranmağa məcbur olurlar. Neftin qiymətinin psixoloji həddi 70 dolları keçəcəyi təqdirdə mənzil bazarında baş verən durğunluğun sona çatmasını düşünmək olardı. Amma görünən odur ki, neftin qiyməti günbəgün düşür."

Bir sözlə, Bakıda mənzillərin qiyməti düşüb. Ümumilikdə isə, bu il əmlak bazarında evlərin qiymətində 10 faiz olacağı gözlənilir. Qiymət azalmaları 2014-cü ilin sentyabrından başlayaraq müşahidə edilir və gözlənilir ki, növbəti aydlarda davam etsin. Bu baxımdan tələbin az olması, alıcıların sayının azalması, yəni durğunluq prosesi növbəti aylarda da müşahidə olunacaq və qiymət azalmaları davam edəcək.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et