Neftin qiyməti cüzi bahalaşıb | Banco.az

Neftin qiyməti cüzi bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Həftəyə cüzi ucuzlaşma ilə başlayan neft qiymətləri ikinci ticarət günündə sabit seqmentdə davam edir.

Banco.az xəbər verir ki, Kovid məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çindəki xam neft tələbi ilə bağlı investorların yeni dəyərləndirmələr etməsi fonunda neft bazarlarında stabillik hökm sürür.

ABŞ xam neftinin bir bareli günorta saatlarında cüzi bahalaşma ilə 81 dolları üstələyib.

Brent markalı neftin bir bareli isə 88 dollardan baha satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram