Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır.
Banco.az xəbər verir ki, neft OPEC+-ın gözlənilmədən hasilatın azaldılması qərarının tədarük sıxlığına səbəb olacağı və İraqdan Türkiyəyə gündəlik 400 min barel ixracın dayandırılmasının ardından keçən həftə 7 faiz bahalaşdıqdan yeni iş həftəsinə stabil başlayıb.
ABŞ xam nefti OPEC+ ölkələrinin addımından sonra ötən həftə 7 faizə yaxın bahalaşdıqdan sonra hazırda 81 dollar ətrafında dəyişir.
Brent markalı neft isə 0,09 faiz bahalaşmaqla 85,20 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!