Neftin qiyməti bahalaşmaqda davam edir | Banco.az

Neftin qiyməti bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. 

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neftin qiyməti koronavirusun Omikron ştammının qlobal tələbə mənfi təsir göstərəcəyinə dair mövcud narahatlıqların azalması fonunda yüksəliş dinamikasını davam etdirib. 

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 1,2% bahalaşarkən, Brent markalı neftin qiyməti OPEC+ ölkələrinin hasilatın artırılması planına sadiq qalacağı xəbərindən sonra 80 dollara qədər yüksəlməklə noyabr ayının sonlarından bu yana müşahidə olunan ən yüksək səviyyəyə çatıb.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,4% artımla bir bareli 77.16 dollardan ticarət edilir.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında 1,3% dəyər qazanaraq bir bareli 80.04 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et