Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri koronavirusun Omikron ştammının iqtisadi yaxşılaşmanı ləngitməyəcəyinə dair müsbət proqnozların fonunda 73 dollara yüksəlib.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,9% dəyər qazanaraq hazırda bir bareli 72.99 dollara ticarət edilir.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0,7% bahalaşmaqla bir bareli 76.31 dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!