Neftin qiyməti bahalaşmağa başlayıb | Banco.az

Neftin qiyməti bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neftin qiyməti ABŞ-ın xam neft ehtiyatları ilə bağlı planı fonunda bahalaşmağa başlayıb.

Banco.az xəbər verir ki, dünya bazarlarında neftin qiyməti ABŞ-ın strateji ehtiyatlarını artırmaq üçün xam neft axtarışına başlaması ilə bahalaşıb. Digər tərəfdən isə Çinin iqtisadi bərpasına dair narahatlıqlar artmaqdadır.

ABŞ xam nefti bazar ertəsini 1,5 faiz bahalaşma ilə başa vurduqdan sonra bir bareli 72 dollara yüksəlib.

Brent markalı neftin bir bareli isə 75,66 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram