Neftin qiyməti bahalaşıb | Banco.az

Neftin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri “OPEC+” və Çindən gələn xəbər axını ilə yeni həftəyə bahalaşaraq başlayıb.

Banco.az xəbər verir ki, “OPEC+” hasilatı gündəlik 2 milyon barel azaltmaq qərarını dəyişməyib, Aİ-nin Rusiya neftinə qarşı sanksiyaları və yuxarı qiymət həddinin tətbiqi qüvvəyə minib. Belə bir şəraitdə neftin qiyməti də artım göstərib.

ABŞ xam neftinin bir bareli 0,70 faiz bahalaşmaqla 80,54 dollara satılır.

0,63 faiz bahalaşan Brent markalı neftin bir bareli isə 86,11 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram