Neftin qiyməti bahalaşıb | Banco.az

Neftin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neftin qiymətində bahalaşma müşahidə olunub.

Banco.az xəbər verir ki, Avropa İttifaqının Rus neftinə sonuncu sanksiyalarının əvvəlkilərə nəzərən yumşaldılması neft qiymətlərində yuxarı yönlü dinamika ilə müşayiət olunub.

ABŞ xam nefti əvvəlki sessiyada səhmlər və digər əmtəələrin də bahalaşması ilə 1 faizdən çox dəyər qazandıqdan sonra hazırda bir bareli  81 dollar ətrafında ticarət edilir.

Brent nefti isə çərşənbə gününü 1 faiz bahalaşaraq 88,36 dollardan bağlayıb. Səhər saatlarında cüzi ucuzlaşan neft daha sonra 0,68 faiz bahalaşma ilə 88, 96 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et