Neftin qiyməti bahalaşdı | Banco.az

Neftin qiyməti bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ehtiyatların azalması fonunda bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti özəl sektordan gələn göstəricilərin ABŞ xam neft ehtiyatlarının azalmasını vurğulaması və OPEC+ tərəfindən cari vəziyyətin dəyərləndirilməsi ilə bahalaşıb.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 44 sent dəyər qazanaraq bir bareli 60.62 dollara yüksəlib.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəli seansı 0,6% artımla başa vurduqdan sonra 0,7% yüksələrək bir bareli 64.12 dollara qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et