Neftin qiyməti bahalaşdı | Banco.az

Neftin qiyməti bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə bahalaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ neft ehtiyatlarının azalmasından sonra dəyər itkisini dayandıraraq nisbətən bahalaşıb.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 0.4% yüksələrək 53 dollara qədər bahalaşıb.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:25-də 20 sent bahalaşaraq 52.81 dollara yüksəlib.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda nisbi dəyişiklikdən sonra 0.4% yüksələrək bir bareli 56.15 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram