Neftin qiyməti aşağı enəcək | Banco.az

Neftin qiyməti aşağı enəcək

OPEC təşkilatının noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək növbəti iclasında neft hasilatının azaldılmasına dair razılaq əldə edilməsə, neftin qiyməti 40 dollar/barel səviyyəsinə kimi geriləyəcək. Bunu ABŞ-ın "Goldman Sachs" investisiya bankı açıqlayıb.

Bankın Damien Kurvalen də daxil olmaqla bir sıra analitiklərinin hazırladıqları hesabatda qeyd olunub ki, hasilat kvotalarının tətbiqi prosesində heç bir addımın atılmaması və OPEC üzvləri arasında getdikcə artan anlaşılmazlıqlar noyabrın 30-da razılaşmanın əldə olunması ehtimallarını azaldır. Bununla yanaşı, bu günə qədər heç bir razılaşmanın əldə edilməməsinin neft qiymətlərini azaltmağa başladığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, dünən, oktyabrın 31-də "Brent" markalı neftin qiyməti 3,5% azalma göstərib və 48 dollar/barelə qədər geriləyib. Qeyd edək ki, "Brent"in qiyməti oktyabrda 2016-cı ilin maksimal həddinə (53,73 dollar/barel) yüksəlib. Hazırda isə "Brent" markalı neft ilin maksimal səviyyəsindən 9% aşağı satılır. Lakin bu, cari ilin minimal səviyyəsindən 80% yuxarıdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et