London və Nyu-York birjalarında elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşməyə başlayıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 1,66% aşağı düşərək bir barel üçün 50,93 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçersləri 1,86% azalıb və bir barelə görə 53,92 dollara bərabər olub.
Mənbə: Report.az