Neftin qiyməti 70 dollaradək bahalaşacaq - PROQNOZ | Banco.az

Neftin qiyməti 70 dollaradək bahalaşacaq - PROQNOZ

Dünya bazarında neftin qiyməti tələb və təklifin tarazlıq əldə ediləndən sonra bu ilin sonuna qədər 70 dollar/barelə yüksələcək. Bu proqnozla ABŞ "Citibank"nın analitikləri çıxış ediblər. Yaxın aylarda isə neftin qiymətinin 53-58 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın hesabatında bildirilir ki, neftin orta qiymətinin I rübdə 55 dollar/barel, II rübdə isə 56 dollar/barel təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, Bankın bundan əvvəlki proqnoz hesabatında bu göstəricilər müvafiq olaraq 50 və 54 dollar/barel olub.

©Report