"Əgər neftin qiyməti 60-70 ABŞ dolları arasında dəyişərsə, bu bizim iqtisadiyyatımız və planlarımız üçün müsbət olacaq".
Bunu "Bloomberg" agentliyinə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, həmin rəqəm istehsalçı və istehlakçılar üçün də yaxşı qiymətdir.
Nazir həmçinin OPEC və tərəfdaşlarının hasilatın azaldılması sazişini bu ilin sonunadək artıra biləcəklərini açıqlayıb:
"Qərarın uzadılması ehtimalı var. Dekabrda 2019-cu ilin ilk 6 ayı üçün hasilatın hər gün 1,2 mln. barel azaldılması ilə bağlı razılaşma bu il neft qiymətlərinin 15% artmasına səbəb olub. Apreldə OPEC ölkələri nazirlərinin Bakıda keçiriləcək sammitində hasilatın azaldılması ilə sazişin müddəti növbəti 6 ay üçün də uzadıla bilər".
report.az