Neftin qiyməti 100 dollar olacaq | Banco.az

Neftin qiyməti 100 dollar olacaq

Neft İxrac Edən Ölkələrin Birliyi (OPEC) oktyabrın 21-də keçirilən toplantısına birliyə daxil olmayan Azərbaycanı da dəvət edib.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  iclasa Azərbaycandan başqa daha 7 ölkə də dəvət olunub. Həmin ölkələr BraziliyaKolumbiyaQazaxıstanNorveçMeksikaOman və Rusiyadır. Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.


Oktaybrın 21-də neft bazarında dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Toplantıda Venesuela neftin qiymətinin qaldırılması və bazarın tədricən stabilləşməsi üçün yeni strategiya təqdim etmək niyyətindədir. Ölkənin keçmiş neft sənayesi naziri Rafael Ramires bildirib ki, əgər oktyabrın 21-də bu strategiya yenilənərsə, neft istehsalı həcmi və neftin qiyməti dəyişə bilər.

"Oktyabrın 21-də yenilənən strategiya indiyədək yoxlanılmış bir mexanizmdir. Bu mexanizm neftin istehsalının tədricən azaldılmasını nəzərdə tutur. Belə olan halda neftin qiymətinin ilkin ən yüksək həddi 70 dollar/barrel, ikinci həddi isə 100 dollar/barrel olacaq", - deyə Rafael Ramires yeni mexanizmi şərh edib.


Rafael Ramires - Venesuelanın keçmiş neft sənayesi naziri

Ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsindən ən çox zərər görən ölkələr xüsusilə Rusiya və Venesueladır. Bu səbəbdən hər iki ölkə OPEC-ə daxil olan və olmayan neft istehsalçılarının iclas keçirməsini istəyiblər.

Qeyd edək ki, hazırda dünya birjasında neftin qiyməti 50 dollar ətrafında dəyişir. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 46,81 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 49,36 dollar olub. London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 52,21 dollar təşkil edib.


Dünya birjasında neftin bu günə olan qiyməti

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et