İraq, Əlcəzair və Nigeriya neft qiymətlərinin kəskin azalmasından ən çox təsirlənən ölkələrdir.
Bunu Beynəlxalq Energetika Agentliyinin (International Energy Agency – IEA) icraçı direktoru Fatih Birol deyib.
Onun sözlərinə görə həmin ölkələr iqtisadiyyatlarını şaxələndirməyib və nəticədə hazırda çətin vəziyyətdədir.
F.Birol onu da qeyd edib ki, bu ölkələr ciddi maliyyə problemləri ilə üzləşir.
APA