Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,06 dollar, yaxud 0,13% bahalaşaraq 46,32 dollar/barel təşkil edib. Bu haqda Banco.az Bloomberg-ə istinadən məlumat verir.
"Brent" markalı neft də 0,15 dollar və ya 0,30% bahalaşaraq 49,40 dollar/barelə çatıb.
Tokio birjasında xam neftin qiyməti isə 37,870 yapon yeni / kilo təşkil edib.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.