Neftdə bir ildən sonra ilk uzunmüddətli bahalaşma yaşanır | Banco.az

Neftdə bir ildən sonra ilk uzunmüddətli bahalaşma yaşanır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeddi həftəlik qazanc göstəricisinə hazırlaşır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri müsbət peyvənd xəbərləri və maliyyə stimul paketi üzrə yeniliklərin fonunda ardıcıl olaraq yeddinci həftəni də qazancla başa vurmağa hazırlaşır.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 48 dolları üstələyərək 2019-cu ilin aprel ayından bəri müşahidə edilən ən uzun qazanc silsiləsinə imza atmağa hazırlaşır.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) cümə axşamı 1,1% yüksəldikdən sonra bu gün Bakı vaxtı ilə 08:15-də 8 sent geriləyərək 48.28 dollar səviyyəsinə çatıb.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,8% yüksəldikdən sonra 0.3% dəyər itirərək bir bareli 51.34 dollara geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram