Neft yenidən ucuzlaşdı | Banco.az

Neft yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri tələbə dair narahatlıqlar fonunda ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yoluxma sayının artmasının tələbə təzyiq göstərəcəyinə dair yaranan narahatlıqlar və xam neft ehtiyatlarının çoxalması səbəbindən yenidən ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,8% dəyər itirməklə bir bareli hazırda 62.20 dollara icra edilir.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,7% geriləyərək bir bareli 66.13 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et