Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri qismən bahalaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Hindistan və digər ölkələrdə yoluxma sayının artmasına baxmayaraq OPEC+ tərəfindən irəli sürülən müsbət proqnozlar fonunda Asiya birjalarında qismən bahalaşıb.
ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,6% yüksələrək bir bareli 62.28 dollara çatıb.
Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,7% dəyər itirdikdən sonra 0,6% yüksələrək bir bareli 66.04 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!