Neft yeni həftədə bahalaşdı | Banco.az

Neft yeni həftədə bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə bahalaşaraq başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Çindəki aparıcı məlumatların pandemiyadan sonra iqtisadi yaxşılaşmaya işarə etməsi səbəbindən yeni həftənin ilk iş gününə yüksəlişlə başlayıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:52-də 0,9% yüksələrək bir bareli 66.19 dollara çatıb.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 0,8% yüksələrək bir bareli 69.78 dollar səviyyəsinə qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et