“Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq” | Banco.az

“Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq”

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

O,açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb:

“Əsası olmayan boş-boş sözlər danışırlar. Bu günki gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub”.

Ən sərfəli kredit üçün müraciət et

E.Rüstəmov Azərbaycan neftinin dünya bazarında qiyməti ucuzlaşarsa belə dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: “Bütün bunlara görə, Mərkəzi Bank və Hökumətin vahid planı var. Yuxarıda qeyd etdiyim kimi, makroiqtisadi  situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik höküm sürüb. 2019-cu ildə də belə olacaq”.

© Unikal 

Ən sərfəli krediti almaq üçün müraciət et