Neft ucuzlaşmağa başladı | Banco.az

Neft ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ucuzlaşmağa davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti birjalar üzrə yaxın vədədə qiymət müəyyənləşdirilməsi strukturunun zəifləməsi və dolların güclənməsi fonunda 65 dollardan ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:14-də 0,7% yüksələrək bir bareli 64.96 dollara çatıb.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 0,7% geriləyərək bir bareli 68.41 dollar səviyyəsinə qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et