Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Dünya bazarında neftin qiymətinin ucuzlaşması uzunmüddətli deyil. Hazırda qiymətin aşağı düşməsinin əsas səbəbi birja treyderlərinin əllərində olan "stock order"lərin böyüməsidir”.
Banco.az xəbər verir ki, bunu iqtisadçı Razi Abbasbəyli deyib.
İqtisadçı qeyd edib ki, neftin qiymətinin ucuzlaşmasına səbəb, qara qızıla olan tələb artmadığı üçün bir neçə günlük treyderlərin "stock order"lərini dövriyyəyə buraxmasıdır:
“Hesab edirəm ki, bu qiymət artımı uzunmüddətli olmayacaq. Başqa bir məqam İstanbul birjasında yaşanan təlatümlə bağlıdır. Türk lirəsi 5 aylıq sabitlikdən sonra 32.20 dəyərindən 32.60-a qədər dəyər itirdi. Bu prossesin nə zamana qədər davam edəcəyi isə bəllidir. Hədəf yerli valyutanı ucuzlaşdırmaq və maksiumum turist qazanmaqdır. Türkiyə bu mövsümdə turzimdən 100 milyard dollar əldə etməyi planlayıb”.
Ekspert xatırladıb ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulan proqramda ölkəyə 100 milyon turistin gəlməsinə nail olmaq hədəflənib:
"Türkiyə turizmdən gələn gəliri 120 milyard dollara qədər artırmaq istəyir. Türkiyədə lirənin dəyər itirməsi də gözləniləndir. Kriptovalyuta bazarında isə iki ay ərzində ucuzlaşma müşahidə ediləcək.Bitkoinin qiyməti 55 minə qədər aşağı düşə bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!