Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri bahalaşmaqda davam edir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, Avropa İttifaqının Rusiya neftinə embarqo qoyulması üzrə planları və ABŞ-ın strateji ehtiyatlara neft vurulması hədəfi dünya bazarlarında qiymətlərin bahalaşmasına səbəb olmaqdadır.
ABŞ xam neftinin (WTI) aylıq fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 109 dollara çatıb. Bununla da, ABŞ nefti həftəlik əsasda 4%-dən çox dəyər qazanıb.
Brent markalı neftin aylıq fyuçersi isə London əmtəə birjasında 111 dollar səviyyəsini üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!