Neft Səudiyyənin qiymət endirimilə ucuzlaşır | Banco.az

Neft Səudiyyənin qiymət endirimilə ucuzlaşır

Səudiyyə Ərəbistanı Oktyabr ayı üçün xam neft satışlarında qiymət endiriminə gedib. Dünyanın iri neft istehsalçısının qərarından sonra neft qiymətləri düşüb.

Yay mövsümündə neftə tələb ən yüksək səviyyəsinə çatıır, bu il isə koronavirusa görə tələb aşağı qalmaqda davam edir. Digər tərəfdən OPEC+ koalisiyasının istehsalı artır. Xam neft  son üç aydır dar bir qiymət dəhlizində ticarət olunur.  

Dünyanın ən böyük neft idxalatçısı olan Çinin xam neft idxalı Avqust ayında geriləyərək ikinci aydır azalıb. Ölkədəki neftayırma zavodlarının anbarları erkən alışlara görə doludur. Bu səbəbdən Sentyabr və Oktyabr aylarında daha az neft alacaqları gözlənilir.

Qərb Texas neftinin (WTI) qiyməti Cümə günü 3.9% düşdükdən sonra bu gün 1.3% düşüb və bareli 39.26 dollara geriləyib. 

Brent neftinin qiyməti də Cümə günü 3.2% gerilədikdən sonra bu gün 1,6% də düşüb və bareli 41,97 dollar səviyyəsinə enib (Bakı vaxtı ilə saat 09:55-ə olan məlumat). 

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et