Neft qiymətlərinin artım tempi yüksəlib | Banco.az

Neft qiymətlərinin artım tempi yüksəlib

Dünya bazarlarında neft qiymətlərinin artım tempi cümə günü günortadan sonra bir qədər yüksəlib, bu da investorların tropik "Ida" qasırğasının Meksika körfəzinə yaxınlaşacağı gözləntiləri ilə əlaqəlidir.

Bunu ticarət göstəriciləri və analitiklərin şərhləri sübut edir.

Məlumata görə, qasırğa neft tədarükünə təsir göstərə bilər.

Bakı vaxtı ilə saat 16:42-ə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,92% artaraq 1 barelə 71,53 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,34% artaraq 69 dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et