Neft qiymətlərinin artacağı xəbərdarlığı edildi | Banco.az

Neft qiymətlərinin artacağı xəbərdarlığı edildi

Beynəlxalq bankçılıq və maliyyə xidmətləri şirkəti "Goldman Sachs", Səudiyyə Ərəbistanına qarşı hücümdan sonra neft qiymətlərinin daha yüksələ biləcəyi xəbərdarlığını edib. 
 
"Goldman Sachs" tərəfindən hazırlanan hesabatda, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun müəssisələrinə şənbə günü edilən hücumların xam neft qiymətləri üzərindəki təsiri qiymətləndirilib.

Hücumların Səudiyyə Ərəbistanının həlledici əhəmiyyətə malik neft infrastrukturuna mənfi təsir göstərdiyi qeyd edilən hesabatda, qlobal neft təminatına dair təhdidlərin artdığı və gələcəkdə başqa hücumların da meydana gəlməsi riskinin davam etdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin hesabatda, Səudiyyə Ərəbistanında neft hasilatının bərpasının 6 həftədən uzun davam etməsi vəziyyətində, dünyada ən geniş istifadə edilən Brent növü xam neftin barrel qiymətinin çox sürətli şəkildə 75 dolları keçəcəyinin gözlənildiyi vurğulanıb.

Dünyanın ən böyük xam neft ixracatçısı olan və gündəlik 9,8 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid iki müəssisəyə edilən hücum, ölkənin xam neft hasilatında gündəlik 5,7 milyon barrel azalmaya səbəb olub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç