Neft qiymətlərinə "Delta" təsiri davam edir | Banco.az

Neft qiymətlərinə "Delta" təsiri davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ucuzlaşmaqda davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Delta ştammının sürətlə yayılmasının qlobal tələbə qarşı risk faktoru təşkil etməsinə dair narahatlıqlar fonunda ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bazar ertəsi 3,6% gerilədikdən sonra bu gün nisbi dəyişikliklə hazırda bir bareli 71.30 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 0,1% bahalaşaraq bir bareli 72.93 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et