Neft qiymətlərində ayın ən böyük həftəlik dəyər itkisi müşahidə olunur | Banco.az

Neft qiymətlərində ayın ən böyük həftəlik dəyər itkisi müşahidə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft bazarları həftəni ayın ən böyük dəyər itkisi ilə bağlamağa hazırlaşır.

Banco.az xəbər verir ki, OPEC+ iclasından əvvəl tələblə bağlı davam edən narahatlıqların bazara təsir göstərməsi fonunda neftin qiyməti ayın ən böyük həftəlik dəyər itkisinə doğru gedir.

Cümə günü ABŞ xam neftinin bir bareli 71 dollara qədər bahalaşsa da, fyuçerslər həftə ərzində hələ də təxminən 3 faiz dəyər itirib.

Brent markalı neftin bir bareli isə 74,61 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et