Neft qiymətləri yeni həftəyə ucuzlaşma ilə başlayıb | Banco.az

Neft qiymətləri yeni həftəyə ucuzlaşma ilə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yeni həftəyə dəyər itkisi ilə başlayıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının bütün regionlar üçün rəsmi satış qiymətlərini endirməsindən sonra vəziyyətin pisləşməsinin Qırmızı dənizdəki gərginlik və Liviyada tədarükün kəsilməsi ilə bağlı narahatlıqları üstələməsi neft qiymətlərini ucuzlaşdırıb.

Qlobal göstərici sayılan Brent markalı neft ötən həftə 2,2 faiz bahalaşdıqdan sonra bir bareli 78 dollardan aşağı düşüb.

ABŞ xam nefti 73 dollar səviyyələrində ticarət olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının dövlət istehsalçısı “Saudi Aramco” şirkəti Asiya üçün flaqman olan “Arab Light”ın qiymətini gözlənildiyindən 2 dollar/barel çox azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram