Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni iş həftəsinə stabil başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft bazarında investorlar yeni həftəyə ABŞ prezidenti Co Baydenin Körfəz ölkələrinə səfəri, tənəzzüllə bağlı narahatlıqlar və dolların bahalaşması ilə əlaqədar olaraq daha təmkinli başlayıblar.
ABŞ xam nefti (WTI) Nyu York əmtəə birjasında 98 dollardan yuxarı ticarət olunur.
Brent markalı neft isə London əmtəə birjasında 102 dollar həddinə çatıb.
Xatırladaq ki, ABŞ xam nefti ötən həftə 7%-ə yaxın dəyər itkisi yaşamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!